

Bazarda bu məhsulların qiyməti niyə düşmür? - SƏBƏB AÇIQLANDI
"Mövsüm dövrü olmasına rəğmən bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır".
Bu sözləri Lent.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, istehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu:

"Əvvəlla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu. İkincisi, baryerlərə baxmayaraq Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var. Belə ki, Bakıda məhsulları daha baha təklif edirlər".
V.Bayramov əlavə edib ki, qiymətlərin optimallaşdırılması üçün məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla regional paylaşdırılmasına nail olmaq lazımdır:
"Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu də qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır.
İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır. Bu fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər. “Kənddən şəhərə” layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur.
Üçüncüsü, paytaxt bazarlarına fermerlərin daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümü təşviqi həyata keçirilməlidir".
Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50