
Azərbaycanda yenilik: çoxfunksiyalı elektron pul kisəsi...
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iki qurumu – "Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi (MHM) birlikdə "PostPay” elektron pul kisəsi layihəsinə imza atıb.
MHM-dan “APA-Economics”ə verilən məlumata görə, artıq tərəflər arasında imzalanmış müqavilədə "PostPay” elektron ödəniş sisteminin, o cümlədən elektron pul kisəsinin hazırlanması, fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb.
Geniş fəaliyyət istiqamətləri və böyük təcrübəyə malik bu iki qurumun bu layihəsi vətəndaşlara bir çox xidmətləri daha əlçatan edəcək.
"PostPay”in digər elektron pul kisələrindən əsas fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarından istifadəyə imkan yaratmasıdır. Vətəndaşlar kommunal, mobil və digər xidmət haqlarının ödənilməsi imkanından əlavə "PostPay” vasitəsilə heç yerə getmədən ucqar kəndlərə belə pul göndərmək imkanı əldə edəcəklər.
“PostPay”də istifadəçilərin rahatlığı, həmçinin müasir ödəmə funksiyalarından istifadənin təmin edilməsi məqsədilə QR kodla ödəmə imkanı təqdim ediləcək. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən "PostPay” istifadəçiləri tətbiqin "QR kod vasitəsilə ödəmə” funksiyasını seçərək ödəmələrini asanlıqla həyata keçirə biləcəklər.
İlk olaraq "PostPay” elektron pul kisəsi "Android” əməliyyat sistemi ilə çalışan qurğulara uyğunlaşdırılacaq. Yaxın gələcəkdə digər əməliyyat sistemləri ilə işləyən qurğu sahibləri "PostPay”dən faydalana biləcəklər.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00