590
20:59
07 İyul 2019

REAL TV-nin yayımında fasilə olacaq

REAL TV-nin efirində fasilə yaranacaq.

APA xəbər verir ki, fasilə televiziya kanalının dünyada və bölgələrdə müxbir məntəqələrinin sistemli fəaliyyətə başlaması üçün yeni avadanlıqların quraşdırılması, habelə yayımın keyfiyyətinin daha da yüksəldilməsi və digər paralel texniki işlərin görülməsi ilə bağlıdır.

Bununla əlaqədar olaraq iyulun 8-də saat 00:00-dan, iyulun 9-u saat 00:00-dək telekanalın efirində fasilə olacaq.