Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov hərbi xidmətini başa vurub.
Lent.az-ın məlumatına görə, bu barədə Rozanın özü sosial şəbəkədəki səhifəsində bildirib: “Balamın biri qayıtdı, başımı uca etdin, övladım, çox sağ ol. Evimizin sonbeşiyi olan, hazırda Azərbaycana xidmət edən Jerar Qafarovun - ikinci oğlumun əsgərlikdən gəlməyini gözləyirik. Fəxr edirəm ki, iki igid əsgər anasıyam, azərbaycanlıyam”, - Roza yazıb.
Qeyd edək ki, Roza Zərgərlinin 3 övladı var. Qızı Bənövşə doğmadır, Corc və Jerarı isə övladlığa götürüb.