“Əbədi ezamiyyət” sənədli filmi Avropa Şurasında nümayiş etdirildi - FOTO
05 iyul 2019 03:09 (UTC +04:00)

“Əbədi ezamiyyət” sənədli filmi Avropa Şurasında nümayiş etdirildi - FOTO

 
 
Strasburq şəhərində, Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
 
APA xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə təşkil edilmiş təqdimatda diplomatik korpus və təşkilatın əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Təqdimatdan əvvəl çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının tarixi kontekstindən danışıb və qısa bir müddət ərzində həyata keçirdiyi fəaliyyətlər barədə söz açıb. O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, ekran əsəri Azərbaycan Demokratik Respublikasının beynəlxalq miqyasda tanıdılması məqsədi ilə 1919-cu ilin yanvarında Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına ezam edilmiş nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
 
Bundan əlavə, tədbir iştirakçılarına “İRS” jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı təqdim olunub.
 
Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
# 950
avatar

Oxşar yazılar