Qarpız, pendir və isti çörəyi birlikdə yemək olarmı? - Həkimdən <span style="color:red;">CAVAB
04 iyul 2019 09:15 (UTC +04:00)

Qarpız, pendir və isti çörəyi birlikdə yemək olarmı? - Həkimdən CAVAB

Qarpız, pendir və çörəyi demək olar hər kəs birlikdə yeməyi sevir. Bəs bu qidaları birlikdə yeməyin insana hansı mənfi təsiri ola bilər?
 
Mövzu ilə bağlı Lent.az-a danışan terapevt Vəfa Zeynalova bu qidaları birlikdə yeməyin hər hansı bir təhlükəsinin olmadığını qeyd edib.
 
“Qarpız mayedir, bədəndə susuzluğu yatırır və sidik qovucu xüsusiyyətə malikdir. Pendir həzm sistemini yaxşılaşdırır. Ona görə bu qarışığın insan orqanizminə heç bir zərəri yoxdur. Lakin qarpız iştahanı açdığı üçün bu qidaları birlikdə yemək məsləhət deyil. Pendirin tərkibində olan yağlılıq və çörək artıq çəki yaranmasına səbəb olur”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818

Oxşar yazılar