
“DOST” mərkəzlərindəki xidmətlərin siyahısı genişləndirildi - FƏRMAN
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.
Bundan əlavə, Fərmana yeni əlavə edilən 7.11-7.13-cü bəndlərə əsasən, I dərəcə əlilliyi olan şəxslərə qulluq edən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə və müharibə veteranlarına da şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.
Sənədin hazırkı variantına əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlara “DOST” mərkəzlərində xidmət göstərilir.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27