Ağ gilas mürəbbəsini belə hazırlayın - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
30 iyun 2019 16:45 (UTC +04:00)

Ağ gilas mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Lavanda618” adı ilə məşhur olan ustanın ağ gilas mürəbbəsini necə hazırlaması ilə tanış edəcəyik.
 
Ağ gilas mürəbbəsinin tərkibi:
 
Gilas 1 kq, şəkər tozu 1 kq, su 200 ml limon duzu 1/4 çq
 
Hazırlanma qaydası:
 
Gilasları yuyuruq, tumlarını çıxardıb ləyənə yığırıq. Üzərinə 1 st su və 1 st şəkər tozu əlavə edib ocağa qoyuruq. Qaynağa düşəndə üstünə yığılmış köpükləri götürürük və qalan şirəni əlavə edib ocağı söndürürük. 20-25 dəqiqə sonra yenidən ocağı yandırıb zəif odda mürəbbəni bişirməyə davam edirik.
Daha sonra limon dilimlərini doğrayıb mürəbbəyə əlavə edirik. Yarım saat bişiririb yoxlayırıq, əgər mürəbbə hazırdırsa ocağı söndürüb soyumasını gözləyirik. Soyuduqdan sonra sterilizə olunmuş bankalara yığırıq, qış istifadə etmək üçün sərin yerdə saxlayırıq.
 
Nuş olsun! 

# 5080
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar