Bir müddət öncə 10 kiloqram kökəldiyini söyləyən əməkdar artist Könül Kərimova sosial şəbəkədə yeni şəkillərini paylaşıb.
Lent.az-ın verdiyi xəbərə görə, daim fotoşopla şəkillərinə effekt verən müğənnin yeni görüntülərini izləyiciləri bəyənib.
K.Kərimova açıqlamasında bildirib ki, kökəldiyi üçün depressiyaya düşüb. Artıq çəkisini isə geyimlərlə gizlətdiyini deyirdi. İfaçı Rusiyada olan zaman isə arıqlamaq üçün həmkarı Rəqsanə İsmayılovadan kömək istədiyini demişdi.