Minsk-2019: Velosipedçilərimizin nəticələri açıqlandı
25 iyun 2019 16:29 (UTC +04:00)

Minsk-2019: Velosipedçilərimizin nəticələri açıqlandı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında velosiped idmanının şosse növünə yekun vurulub.  
 
APA-nın məlumatına görə, bu gün idmançılar fərdi startla yürüşdə qüvvələrini sınayıblar.  
 
Start xəttinə ayrı-ayrılıqda çıxan velosipedçilər arasında iki Azərbaycan təmsilçisi də yer alıb. Elçin Əsədov finişə 36 dəqiqə 50,80 saniyəyə çatıb. O, yarışı 29-cu pillədə başa vurub. Samir Cəbrayılov məsafəni 37 dəqiqə 39,39 saniyəyə qət edib. Həmyerlimiz 37 idmançı arasında 31-ci olub. Yarışın qalibi adına isə belaruslu Vasil Kiryenka yiyələnib. O, finişə 33 dəqiqə 3,34 saniyəyə çatıb.
# 855
avatar

Oxşar yazılar