
Belçikanın nüfuzlu qəzeti Azərbaycandan yazdı — FOTO
"Belçikanın tanınmış “Het Belanq Limburq” qəzeti Ham bələdiyyəsinin üzvlərinin Azərbaycan Belçikadakı səfirliyini ziyarət etməsindən, bələdiyyənin Azərbaycanla dostluq əlaqələrinin inkişafı və iki ölkə arasında atılan addımlara diqqət çəkib.
Bu barədə Lent.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Qəzet daha sonra Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin Ham bələdiyyəsi ilə əlaqələrinə, Azərbaycanla bağlı gördüyü işlərə də yer ayırıb.
“Ayhan Dəmirçinin fəaliyyətləri nəticəsində Ham bələdiyyəsində Azərbaycandan Qarabağ atının abidəsi hədiyyə edilmişdi. Abidə bələdiyyənin bağçasında yerləşir.
Keçən ay Azərbaycan Cümhuriyyətinin 101-ci illiyi Azərbaycan səfirliyində qeyd edilib. Limburqdan da bir çox insan Ayhan Dəmirçiyə yoldaşlıq edərək,tədbirdə iştira ediblər. Brüsseldə Azərbaycan səfirliyində təşkil edilən bayram törənində səfir Fuad İsgəndərov və Azərbaycanın NATO-dakı nümayəndəsi Qaya Məmmədov qonaqları qəbul ediblər. Çıxışlardan sonra Azərbaycan musiqisi və mətbəxinin təamları təqdim edilib”,-deyə qəzet yazır.
Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24