Qazaxıstanda silah anbarında GÜCLÜ PARTLAYIŞ: <span style="color:red;">46 yaralı...  - VİDEO
24 iyun 2019 16:33 (UTC +04:00)

Qazaxıstanda silah anbarında GÜCLÜ PARTLAYIŞ: 46 yaralı... - VİDEO

Qazaxıstanda hərbi hissənin silah anbarında partlayış baş verib. 
 
Lent.az "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, Türkistan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah anbarında baş verən partlayış nəticəsində 46 nəfər yaralanıb.
 
Son məlumatlara görə, onlardan 34 nəfəri xəstəxanaya yerləşdirilib, 5-i uşaq olmaqla 12 nəfərə ikin tibbi yardım göstərilib. Xəsarət alanlardan bir nəfərin ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyi bildirilir.
 
Türkistan vilayətinin başçısı Umirzak Şukiyev bildirib ki, regionda fövqaladə vəziyyət elan olunub və hadisənin baş verdiyi əraziyə yaxın yaşayan şəxslər dərhal təxliyə olunub. O, partlayışın miqyasının böyüklüyünü nəzərə alaraq bütün şəhərin təxliyyə olunacağını bildirib.

# 706
avatar

Oxşar yazılar