Sumqayıtda Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib
22 iyun 2019 15:21 (UTC +04:00)

Sumqayıtda Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib

Sumqayıt şəhər Dövlət Dram Teatrında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə tədbir keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  millət vəkilləri, nəsimi irsini araşdıran alimlər, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərdə ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində açılan sərgi ilə tanış olublar.

Daha sonra Sumqayıt Dövlət Dram Teatrının akt zalında davam edən tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Prezidenti İlham Əiyevin  müvafiq sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və 650 illik yubileyinin keçirilməsini ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb.

O bildirib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub: “Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha ətraflı araşdırılması istiqamətində çox mühüm addımlar atılıb”.

Filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Teymur Kərimli çıxışında İmadəddin Nəsiminin yaradıcılığı haqqında söhbət açıb, şairin  Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu bildirib.

Tədbirin davamında xalq artisti, xanəndə Alim Qasımovun, aktyor, xalq artisti Rasim Balayevin, Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

 

# 700
avatar

Aygün İbrahimli

Oxşar yazılar