641
14:22
22 İyun 2019

Məşhur müğənni seçkiyə görə İstanbula gəldi: "Vətəndaşlıq vəzifəm üçün..."

Türkiyəli müğənni Ceylan (Ceylan Avcı) bələdiyyə seçkilərində iştirak etmək üçün seçici kimi qyediyyatda olduğu İstanbula gəlib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir Bodrumda yaşayan müğənni İstanbulda görüntülənib.

“Bodrumda yaşadığım üçün xoşbəxtəm. Səs verməyə, vətəndaşlıq vəzifəmi yerinə yetirməyə gəldim” - deyə, müğənni əlavə edib.

Qeyd edək ki, iyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək.