Minsk-2019: Azərbaycan boksçusunun ilk rəqibi dəqiqləşib
21 iyun 2019 18:17 (UTC +04:00)

Minsk-2019: Azərbaycan boksçusunun ilk rəqibi dəqiqləşib

Azərbaycan boksçusu Kamran Şahsuvarlının II Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşib.
 
 
APA-nın Minskə ezam olunan əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısının 1/16 finalda üz-üzə gələcəyi boksçu bu gün keçirilən 1/32 finalda bəlli olub.
 
 
Belarusun paytaxtı Minskdəki “Uruçye Arena”da keçirilən döyüşdə gürcüstanlı Giorgi Xarabadze ilə serbiyalı Miloslav Saviç qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Gürcüstan boksçusu K.Şahsuvarlıya rəqib olub.
Qeyd edək ki, boksçumuzun 1/16 final döyüşü sabah - iyunun 22-də keçiriləcək.
# 549
avatar

Oxşar yazılar