Zərif: "İranın nüvə sazişi ilə bağlı atacağı addımın ikinci mərhələsi iyulun 7-də başlayacaq"
21 iyun 2019 14:58 (UTC +04:00)

Zərif: "İranın nüvə sazişi ilə bağlı atacağı addımın ikinci mərhələsi iyulun 7-də başlayacaq"

İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı  atacağı addımın ikinci mərhələsi  iyulun 7-də başlayacaq.
 
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər naziri  Məhəmməd Cavad Zərif  jurnalistlərin sualına cavabında deyib.
 
 
O bildirib ki, prezident Həsən Ruhaninin  HBFP sazişini imzalayan ölkə rəhbərlərinə və nazirin isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə ünvanladığı məktubda  sazişlə bağlı İranın iki mərhələdə addım atacağı elan olunub: “Birinci mərhələ mayın 8-də başladı və ikinci mərhələyə iyulun 7-də start veriləcək”.
 
 
2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın ticarəti qoruyacağı ilə bağlı vədləri yerinə yetirmədiyini əsas götürərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 günlük yerinə yetirməyəcəyini bəyan edib.
# 463
avatar

Oxşar yazılar