
Baş pediatrdan ÇİMƏRLİK XƏBƏRDARLIĞI
“Yeni doğulmuş dövrdən başlayaraq gün işığı uşaqların sağlamlığı üçün müstəsna əhəmiyyət kəsb edir . Ancaq bunun üçün müəyyən qaydalara riayət etmək lazımdır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.
Baş pediatr bildirib ki, ilk növbədə uşaqları istidən, gündən və soyuqdəymədən qorumaq lazımdır: "Bundan əlavə çimərlik mövsümündə vaxta və rejimə diqqət olunmalıdır. Dövlət tərəfindən icazə verilən çimərliklərə getmək lazımdır. Əgər çimərlikdən istifadə qadağandırsa, hər kəs bilməlidir ki, elə çimərliklər uşaqlar üçün dəhşətli şəkildə təhlükəlidir. Söhbət təkcə çimərliyin ətrafındakı zir-zibildən getmir, o ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsi də yüksək olur. Belə hallarda uşaqlar arasında xəstəliklər yayıla bilər".
N.Quliyev deyib ki, uşaqları dənizə səhər saat 6-dan 11-ə qədər və axşam 4-dən sonra aparmaq lazımdır: "Uşaqlar mütləq valideynlərin nəzarəti altında çimməlidirlər. Onu da nəzərə çatdırım ki, çimərliyə çox gedən uşaqlar qış mövsümündə daha az xəstələnirlər".
Oxşar yazılar

Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12