Bu senarilər əsasında filmlər çəkiləcək
21 iyun 2019 12:09 (UTC +04:00)

Bu senarilər əsasında filmlər çəkiləcək

Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il martın 1-də imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1007 nömrəli Sərəncamına əsasən müsabiqə élan edilib.

Lent.az-ın məlumatına görə, sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bu il mart ayının 20-dən may ayının 1-dək Mədəniyyət Nazirliyi bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan edib

Müsabiqəyə təqdim olunan film layihələrinin qiymətləndirilməsini həyata keçirmək üçün nazirliyin müvafiq əmri ilə Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev (sədr), kinodramaturq Ramiz Fətəliyev (üzv), “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə (üzv, səhhəti ilə bağlı seçimlərdə iştirak edə bilməmişdir), kinorejissor və kinoşünas Ayaz Salayev (üzv), Dövlət Film Fondunun baş mütəxəssisi Yusif Şeyxov (üzv), kinorejissor Rüfət Həsənov (üzv), Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Əliyev (üzv) və Dövlət Film Fondunun baş mütəxəssisi Leyla Vəzirzadədən (məsul katib) ibarət Münsiflər heyəti yaradılmışdır.                                              

Kino ictimaiyyətiinin böyük maraqla qarşıladığı müsabiqəyə təqdim edilən 200-dək bədii, sənədli və animasiya filmlərinin ssenarisindən münsiflər heyəti bu film layihələrini seçib:

Tammetrajlı bədii

“Məryəm” – ssenari müəllifi Elçin Musaoğlu, Fərdad Rastqar

“Yuxusuz kölgələr” – Mirbala Səlimli, Marina Malaşenkova

 “Nərgiz” – Cavid Zaidov

“Ərəblinski” – Elçin Əfəndiyev, İsmayıl İman

“Mampası qutusu” – Pərviz Həsənov

“Üçüncü bənd” – Ramiz Fətəliyev

“Xoşbəxt sonluqlu faciə” – Arif Əliyev

“Biçimçi” – Rəmziyyə Cilqamlı

“Kariatidalar” – Tahir Əlizadə

 

Qısametrajlı bədii

“Dulusçu” – Amil Məmiyev

“Əli həccə gedir” – Cavid Zeynallı

“Bazar günü” – Ülviyyə Heydərova

“Gecənin səsi” – Reyhan İsayeva

“Ailəvi şəkil” – Nurlan Həsənli

Sənədli

“Ləzgilər” – Qorxmaz Şixəliyev

“Qapı” – Etibar Məmmədov

Animasiya

“Tıq-tıq və dostları möcüzələr axtarışında” – Sultan Abbasbəyli

“Göy qurşağını görmək” – Rəmziyyə Cilqamlı

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

Mədəniyyət Nazirliyi eyni zamanda, ölkədə kino sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzlərini əməkdaşlığa dəvət edərək bildirir ki, hər hansı prodüser mərkəzi paritet əsaslarla Nazirlikdən vəsait əldə etməklə istər müsabiqədə seçilmiş, istərsə də digər, Ekspert Şurasının müsbət rəyini almış, özünə məxsus ssenarilərin istehsalını həyata keçirə bilər.

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.

 

# 1041
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar