Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır
20 iyun 2019 18:27 (UTC +04:00)

Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır

İyulun 1-dən hər həftənin bazar ertəsi, çərşənbə və cümə  günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.  Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq.  Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.
 
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) “APA-Economics”ə verilən məlumata əsasən, biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.
 
Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin BBAK-in kassalarından ala bilərlər.
Məlumat üçün bildirək ki, biletlər “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır. Sərnişinlər səfərdən 1 gün əvvələ qədər bilet ala bilərlər. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
# 1549
avatar

Oxşar yazılar