“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
20 iyun 2019 14:14 (UTC +04:00)

“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.
 
APA-nın xəbərinə görə, konfransda Prezident Administrasiyası, Müdafiə, Gənclər və İdman nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Polis Akademiyasının təmsilçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edib.
 
Tədbiri giriş sözü ilə DQİDK-nın sədr müavini Səyavuş Heydərov açıb.  
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmindən fraqmentlərin nümayişindən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Ardınca DQİDK-nın sədr müavini Gündüz İsmayılov məruzə ilə çıxış edib.
 
Daha sonra Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Pənah Cahangirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov, Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə baş idarə rəisi Bünyad Qaralov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
 
Eyni zamanda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi
 
Dionisiy Svechnikov, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri Samir Sadıqov və digər icma nümayəndələri hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların üzərinə düşən vəzifələr barədə danışıblar.
 
Tədbir milli-mənəvi və dini dəyərlərin təbliğində, dini radikalizmə qarşı mübarizədə, o cümlədən milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146

Oxşar yazılar