698
14:03
20 İyun 2019

"Siz bacı-qardaş kimi evdə nə edirsiniz? "- Azərbaycanlı aktrisa

Azərbaycanlı aktrisa Pərvin Abıyeva rejissor Kənan Mahmudovla olan dostluğundan söz açıb.

Lent.az -ın məlumatına görə, aktrisa “Hər şey daxil” verilişində bildirib ki, bəziləri onları sevgili kimi təqdim edirlər: "Kənan M.M. ailəlidir, mənim də gözəl gedən münasibətim var. Biz Kənanla çox gözəl dostuq. Bunu elə şişirtdilər ki, bir araya gələ bilmirik. Kənan Eskişehirdə yaşayır, mən İstanbulda. Kənan işləyir, mən isə təhsil alıram. Niyə bunu qatırsınız bir-birinə? Niyə belə aqressivsiniz? Kənan mənə çox dəstək olub. Onun evinə girirəm, uşaqları, həyat yoldaşı ilə otururam. Sizin yazdıqlarınızı Aygün (Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova - red.) görür. Aygün mənə zəng edib deyir ki, Pərvin, yazılanları vecinə alma".

Pərvin rejissor Kənan M.M.-lə haqqında ələ salınan "Bacı-qardaş" ifadəsindən danışıb: "Siz öz evinizdə bacı-qardaş olaraq başqa şey edirsiniz? Niyə bu ifadəni belə qınadınız? Şou-biznesdə yeni söz yayılıb, bu aləmdə olan mənə qardaş deməsin. Sabah bacın çıxıb məşhur olar. Onda hamı ona deyəcək, mənə qardaş demə?".