Sevda boşanmasından DANIŞDI
20 iyun 2019 11:54 (UTC +04:00)

Sevda boşanmasından DANIŞDI

Bir neçə gün əvvəl ikinci həyat yoldaşı Cəmildən ayrılan müğənni Sevda Sanəliyeva "Hər şey daxil" verilişinin qonağı olub.
 
Lent.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, o, əslində 2 ay əvvəl rəsmi boşandığını açıqlayıb:
 
"Bilinməyi məsləhət idi. Bu haqda danışmaq istəmirəm. Ailə həyatı haqda danışmaq maraqsızdır. Heç kim boşanmaq üçün ailə qurmur. Xoşbəxt olmaq istəyirik. Alınmadı, iki mədəni insan kimi ayrıldıq. Açıqlamam üçün məni məcbur edən səbəb var idi. Bilinməliydi ki, bu məsələyə nöqtə qoymuşam. Artıq rəsmi boşanmışıq. Tamamilə subayam.
 
Övladlarımsız bir saniyə qala bilmərəm. Ata istəsə onları görə bilər. Uşaqları silah kimi istifadə edən ana deyiləm".
 
Qeyd edək ki, Sevdanın birinci nikahdan oğlu, Cəmillə ailəsindən bir qız övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1817

Oxşar yazılar