
2019-cu ilin dövlət büdcəsində dəyişiklik ediləcək
Minimum əmək haqlarının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, Mərkəzi Seçki Komissiyasının üzvləri, AMEA və büdcədən maliyyələşən bir sıra təşkilatların işçilərinin əməkhaqlarının artırılması ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində dəyişiklik ediləcək.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H. Rəcəbli deyib ki, büdcəyə dəyişikliyə nəzərdə tutan layihə sabah Milli Məclisin sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq və Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə olunacaq: “Əməkhaqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir. Prezidentin apardığı struktur dəyişiklərin nəticəsində, əldə olunan əlavə gəlirlər hesabına bu maliyyələşmə təmin olunur. Bu da Prezidentin gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək”.

Oxşar yazılar

Hərbçilərin aylıq maaşının azalması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
22 yanvar 2021 , 18:58
“Azercell” nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
22 yanvar 2021 , 17:51
Avtobus və taksi istifadəçilərinin sayı kəskin azaldı - RƏSMİ
22 yanvar 2021 , 14:23
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
22 yanvar 2021 , 14:00
Xəzərdə tarix yazıldı: "Dostluq" qalib gəldi
21 yanvar 2021 , 18:07
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
21 yanvar 2021 , 16:23
Makqreqor - Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
21 yanvar 2021 , 16:20
Unibank müştəriləri üçün vacib məlumat!
21 yanvar 2021 , 16:15