
“Çalışmalıyıq ki, Azərbaycanda ana və uşaq ölümləri baş verməsin” - Nazir müavini
“Son illərdə səhiyyə sahəsində müxtəlif dövlət proqramları qəbul olunub. Onların bəzilərinin vaxtı başa çatıb, daha aktual məsələlərlə bağlı olanlara görə yeni dövlət proqramları qəbul olunub. Ölkədə səhiyyə sahəsi ilə bağlı 11 dövlət proqramı fəaliyyətdədir. Dövlət tərəfindən bu proqramlara kifayət qədər vəsait ayrılır”.
APA-nın xəbərinə görə, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Respublikada 44 hemodializ mərkəzinin fəaliyyət göstərdiyini xatırladan nazir müavini deyib ki, onların yarısı regionlarda yerləşir.
O bildirib ki, Azərbaycanda vərəmli xəstələrin sayı azalıb.
E. Ağayev vurğulayıb ki, ölkədə uzun illərdir infeksion xəstəliklərə qarşı çox ciddi mübarizə aparılır, respublikada 10-dan çox xəstəliyə qarşı uşaqların təxminən 99 faizi peyvənd edilir.
Nazir müavini qeyd edib ki, Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalmaqdadır: ““Biz çalışmalıyıq ki, Azərbaycanda ana və uşaq ölümləri baş verməsin”.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21