40 gündə 93 ölüm? - "yol terroru" ilə bağlı <span style="color:red;">STATİSTİKA AÇIQLANDI
18 iyun 2019 16:56 (UTC +04:00)

40 gündə 93 ölüm? - "yol terroru" ilə bağlı STATİSTİKA AÇIQLANDI

“2019-cu ilin 5 ayı ərzində Bakı şəhəri üzrə 204 hadisə qeydə alınıb, 59 nəfər həlak olub, 185 nəfər xəsarət alıb”.
 
Bu barədə Lent.az-a Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 hadisə, 21 ölüm faktı, 23 xəsarət sayı azalıb və təhlükələri də yüngülləşdirilib:
 
 
“Hadisələr 14,03 faiz azalıb. Hadisələrin azalması nəticəsində ölümlər 26,03 faiz, xəsarət alanlar isə 11,01 faiz aşağı düşüb. Bu, Bakı şəhəri üzrə olan göstəricidir.  Buna görə də deyilənlərə fikir bildirə bilmərəm, amma hadisələrin azalmasını statistikası sübut edir və biz deyirik ki, bu gün Dövlət Yol Polisinin əməkdaşlarının fəalliyyəti, aparılan təbliğat, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklər və əlavələr, eləcə də müasir texnologiyalar qəzaların azalmasına səbəb olur”.
 
Vaqif Əsədov qeyd edib ki, artıq Bakı şəhərinin küçə və yollarının uzunluğu 2500 kilometrə çatır:
 
“Ölkədə avtomobillərin də sayı artıb. Bununla bağlı təhlükə artsa da, bizim əməkdaşlarımızın fəaliyyəti nəticəsində qəzaların sayı azalıb. Ötən illərlə müqayisədə hadisələrin sayı yüzlərlə azalıb, yüzlərlə ailədə göz yaşının tökülməsinin qarşısını alınıb”.
 
Polkovnikin fikrincə, yol hərəkətində sürücü və piyadaların səhlənkarlıq etməməsi diqqətli olmaları bu cür halların qarşısını ala bilər və bunun üçün təbliğat daha da gücləndirilməlidir:
 
“Bundan başqa, ölkə üzrə baş verən qəzaların 30-35 faizi paytaxtın payına düşür. Ölkədə qeydiyyatdan keçən 1 400 000 nəqliyyat vasitəsinin 72 faizi də paytaxtdadır. Bu qədər avtomobil sayı ilə qəzaların azalma statistikası isə Dövlət Yol Polisinin müsbət fəaliyyətini ortaya qoyur”.
 
Xatırladaq ki, dünən "Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol-nəqliyyat hadisələri ilə bağlı 40 gündə 93 nəfərin yol qəzalarında öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu isə gündə təxminən2 nəfərin ölməsi deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar