Hansı dərsliklərdə dəyişikliklər olacaq - Nazirlik <span style="color:red;">AÇIQLADI
18 iyun 2019 12:22 (UTC +04:00)

Hansı dərsliklərdə dəyişikliklər olacaq - Nazirlik AÇIQLADI

2019/2020-ci tədris ilində əsasən I, IV və VIII sinif dərsliklərində dəyişikliklər olacaq. Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumatda göstərilib ki, 2019/2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün ümumilikdə 322 adda dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər tərtib edilib: “Dəyişikliklər əsasən I, IV və VIII sinif dərsliklərində olacaq. Belə ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün “Azərbaycan dili (tədris dili)”, “Riyaziyyat” və “İngilis dili (əsas xarici dil)” fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb və onların qarşıdan gələn tədris ilində ölkənin bəzi məktəblərinin seçilmiş siniflərində sınaq istifadəsi planlaşdırılır. Ölkənin IV və VIII siniflərinin istifadəsində olan dərsliklər isə növbəti tədris ili üçün məzmun və dizayn baxımından təkmilləşdirilib”.  

Nazirlikdən bildirilib ki, yeni hazırlanmış I sinif, eləcə də təkmilləşdirilmiş IV və VIII sinif dərsliklərinin ekspertizası Dərslikləri Qiymətləndirmə Şurasının və Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən həyata keçirilib.

Hazırda qeyd edilən siniflər üzrə dərsliklərə dair ictimai rəyin öyrənilməsi prosesi gedir: “İctimai rəyin öyrənilməsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq profilli institutlarına, ümumtəhsil müəssisələrinə, müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, İnsan Hüquqları üzrə Müvəkkilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər edilib. Hazırda proses davam edir və bu istiqamətdə hər hansı problem müşahidə edilmir”.

# 834
avatar

Aygün İbrahimli

Oxşar yazılar