Sabiq Misir prezidenti Məhəmməd Mursi məhkəmədə ölüb
17 iyun 2019 20:17 (UTC +04:00)

Sabiq Misir prezidenti Məhəmməd Mursi məhkəmədə ölüb

 

Misirin sabiq prezidenti Məhəmməd Mursi bu gün Qahirədə vəfat edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, keçmiş dövlət başçısı casusluq işi ilə bağlı ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib.

Məlumata görə, məhkəmə iclasında Mursiyə söz verilib, daha sonra fasilə elan olunub. Bu məqamda eks-prezident yerə yıxılıb və keçinib. Bildirilir ki, o, ürək tutması keçirib.

Qeyd edək ki, Misirin beşinci prezidenti olan M.Mursi "Müsəlman qardaşları" təşkilatı əsasında yaradılmış "Azadlıq və Ədalət Partiyası"nın sədri olub. 1992-ci ildə “Müsəlman qardaşları” hərəkatına qoşulan M.Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2012-ci ildə Misirin prezidenti olu. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.

# 766
avatar

Oxşar yazılar