Bu ölkənin şirkəti Azərbaycanda kiçik və orta biznes layihələrinə 10 milyon dollar yatıracaq
13 iyun 2019 18:26 (UTC +04:00)

Bu ölkənin şirkəti Azərbaycanda kiçik və orta biznes layihələrinə 10 milyon dollar yatıracaq

Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. 
 
 
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı Agentliklə Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 
 
 
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar. Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında potnsial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. “Omni World Holdings Limited” tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 mln. ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur. 
 
 
Ümumiyyətlə, Anlaşma Memorandumuna əsasən, KOBİA və “Omni World Holdings Limited” KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq qurumların əlaqələndirilməsi və maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, KOB-lar arasında əməkdaşlığı gücləndirmək üçün seminar, sərgi və digər təşviqat tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər. 
# 1220
avatar

Oxşar yazılar