Ali məktəblərə ll ərizə qəbulu başa çatdı
13 iyun 2019 11:09 (UTC +04:00)

Ali məktəblərə ll ərizə qəbulu başa çatdı

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Lent.az xəbər verir ki, I-IV ixtisas qrupları üzrə yay imtahanında iştirak üçün 52692 (48422 Azərbaycan bölməsi, 4270 rus bölməsi üzrə) abituriyent elektron ərizəsini təsdiq edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi mayın 30-dan iyunun 10-dək yenidən aktiv edilmişdi.

# 515
avatar

Aygün İbrahimli

Oxşar yazılar