
Azərbaycan Prezidenti Almaniya Bundestaqının vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann paytaxtımızda gördüyü dinamik inkişaf proseslərinin nümayəndə heyəti üzvlərinə dərin təəssürat bağışladığını bildirib. Qonaq Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransına toxunaraq bu tədbirin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmini qeyd edib.
Dövlət başçısı Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq əlaqələrin gücləndirilməsində rolunu vurğulayaraq, bu tədbirin fikir mübadiləsinin aparılması, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyini bildirib.
Görüşdə Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48