
Dosent və ya professor elmi adı almış şəxslərə vahid formalı dövlət sənədi veriləcək
Dosent və ya professor elmi adı verilmiş şəxslərə vahid formalı dövlət sənədi veriləcək.
APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bildirilib.
Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.
Fərmanın 1.8-ci bəndində isə qeyd edilib ki, Komissiya dosent və ya professor elmi adı verilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi vahid formalı dövlət sənədi – həmin elmi adı təsdiq edən attestat verir.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21