
Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir
Milli Məclisin deputatı Çingiz Qənizadə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə birgə 80 saylı İmişli - Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Qızılkənd kənd sakinləri ilə görüş keçiriblər.
Lent.az xəbər verir ki, deputat və icra başçısı ilə görüşə rayon hüquq-mühafizə orqanlarının və idarə-müəssisələrinin rəhbərləri də qatılıblar. Görüş zamanı rayon icra hakimiyətinin başçısı Vilyam Hacıyev və deputat Çingiz Qənizadə çıxış ediblər.
Vilyam Hacıyev çıxışı zamanı rayonda o cümlədən Qızılkənd kəndində görülmüş işlərdən danışıb. Yeni tikilməkdə olan və cənab prezidentin sərəncamı ilə maliyyə vəsaiti ayrılmış Qızılkənd kənd 624 nəfərlik orta məktəbin tikintisi ilə bağlı məlumat verilib.
Çingiz Qənizadə Milli Məclis və beynəlxalq təşkilatlardakı o cümlədən Avropa Şurasındakı fəaliyyəti barədə danışıb. Parlamentari çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, eləcə də möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi barədə ətraflı məlumat verib.
Daha sonra kənd sakinlərinin istək və arzularına uyğun qaldırılmış olduğu problemlər həm icra başçısı, həm də deputat tərəfindən dinlənilib.
Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılıacağına və maksimum kömək ediləcəyinə söz verib.
Parlament üzvü icra baçşçısı Vilyam Hacıyevlə birlikdə inşası davam edən Qızılkənd kənd orta məktəbinin tikinti işləri ilə tanış olub.
Oxşar yazılar

Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46
Diplomlarının saxta olduğu deyilən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 14:31