Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə
19 iyun 2026 16:04 (UTC +04:00)

Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə

1

Türkiyənin Antalya vilayətində yerləşən otellərdən birində baş verən xlor sızması nəticəsində 25 nəfər zəhərlənib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Manavqatın məşhur turizm bölgəsi olan Qızılağac məhəlləsində yerləşən oteldə qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə dizinfeksiya məqsədi ilə istifadə edilən xlorun havaya yayılması zamanı baş verib. Hadisə nəticəsində həm otelin əməkdaşları, həm də qonaqlar xlordan zəhərləniblər.

Təhlükəsizlik məqsədilə onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkim müayinəsindən sonra zərərçəkənlərin hamısı evə buraxılıb. Məlumata görə, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir və həyati təhlükələri yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 332

Oxşar yazılar