2026-cı il dünya çempionatında D qrupunda II tura start verilib.
Lent.az xəbər verir ki, mundialın ev sahiblərindən biri olan ABŞ millisi Avstraliya ilə qarşılaşıb.
Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Oyunda hesab 11-ci dəqiqədə açılıb. Börcessin avtoqolu ABŞ-ı 1:0 önə keçirib. İlk hissənin sonlarında amerikalılar hesab arasındakı fərqi artırıb. Friman başla dəqiq oynayıb.
Matçda başqa qol olmayıb: 2:0. Bu nəticədən sonra ABŞ xallarının sayını 6-ya çatdırıb. Avstraliya 3 xalda qalıb.
Qeyd edək ki, D qrupunun digər oyununda Türkiyə Paraqvayla üz-üzə gələcək.
Dünya çempionatı
D qrupu, II tur
19 iyun
23:00. ABŞ - Avstraliya 2:0
Qol: Börcess, 11 (ö.q), Friman, 45
ABŞ: Friz, Friman, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Pepi, Makkenni, Baloqun
Avstraliya: Biç, Bos, Börcess, Souttar, Çirkati, İtalyano, Velupillay, Okon-Enstler, O'Nil, Lekki, Ture