579
16:36
08 İyun 2019

Qırmızı kələmdən möhtəşəm salat - Usta öz sirlərini açır - Lent.az-ın mətbəxi

Bu gün Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə mətbəximizdə sosial şəbəkədə "lavanda618" adı ilə məşhur olan usta sizə qırmızı kələm salatının xüsusi hazırlanma üsulunu təqdim edir:

Qırmızı kələm salatının hazırlanması:

İçindəkilər:

Qırmızı kələm 250-300 q, yerkökü 2 ədəd, mayonez 2 (1 + 1) x.q, krem pendir (labne).1 x.q xama və ya süzmə qatıq 2 x.q Xardal (hazır) 1 çay qaşığı. duz, bibər, süneli ,qoz.zövqə görə.

Hazırlanması:

Əvvəlcə kələmləri taxtanın üstündə döğrayırıq sonra blenderdən keçirik. Lakin diqqət etmək lazımdır ki, su halına düşməsin. Sonra kökü rəndədən keçiririk və içinə mayanez, zövqə görə quru otlar, sümeli və yaxud çəkilmiş qoz əlavə edirik. Blenderdən keçirilmiş kələmin üstünə isə xama, smetan, pendir və xardal əlavə edilib qarışdırılır. Sonra küftə kimi salatı əlimizdə yumrulayırıq. İlk olaraq kələmi, üstündən kökü və görünüşü qəşəng olsun deyə labne pendiri və qoz qoyuruq.

Hazırlayan hər kəsə nuş olsun!