230
11:52
08 İyun 2019

Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edilib

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.

Bu barədə Lent.az -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.