
Bu məktəbdə dərslər yaşıllıqda keçirilir
0
0
“Bakı şəhəri 279 nömrəli tam orta məktəbdə hər şagirdin adına bir dibçək var”.
Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib. O qeyd edib ki, əslində dibçək sayı şagird sayından daha çoxdur:
“Məktəbin dəhlizləri və sinif otaqları əsil gülüstanı xatırladır. Yaz aylarında Həyat bilgisi, Biologiya və Əmək təlimi kimi dərslər isə həyətdə - yaşıllıqlar içərisində açıq havada keçirilir”.
0
0