
Mingəçevirdə baş vermiş körpə ölümünə AYDINLIQ GƏTİRİLDİ
Mingəçevirdə uşaq ölümü qeydə alınıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.
Belə ki, Yevlax rayonunun Xaldan qəsəbəsindən minik maşını ilə Mingəçevir xəstəxanasına gətirilən və ana olmağa hazırlaşan 1997-ci il təvəllüdlü Qarayeva Aytac Asif qızı birbaşa avtomobilin salonunda dünyaya qız usağı gətirib. Ancaq həkimlərin bütün cəhdlərinə rəğmən yeni doğulmuş körpəni xilas etmək mümkün olmayıb. Onun ölü vəziyyətdə doğulduğu və ya doğuşdan dərhal sonra öldüyü deyilir.
Qeyd edək ki, bu, gənc ananın ilk hamiləliyi olub.
Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov APA-nın Mingəçevir bürosuna deyib ki, avtomobilin salonunda dünyaya gələn körpə qız uşağı ölü doğulub.
O, baş vermiş hadisənin tibb müəssisəsinə və kollektivinə heç bir aidiyyati olmadığını bildirib: “Əslən Lənkəran doğumlu olan 1997-ci il təvəllüdlü Qarayeva Aytac Asif qızı övladını nadir təsadüf olunan bir şəraitdə, yəni minik avtomobilinin salonunda dünyaya gətirib. Əslində buna məcbur olub. Çünki doğuş sancıları başlayan qadın Yevlaxdan Mingəçevirə gətirilərkən bir müddət keçib. O, qız övladını ölü olaraq dünyaya gətirib. Onu gətirən maşın xəstəxanamıza çatan kimi ana və ölü doğulan körpə qaydalara müvafiq olaraq, doğum şöbəsinə yerləşdirilib. Ananın durumunda hər hansı ciddi problem yoxdur. Müayinə zamanı müəyyən edilib ki, ana bətnində baş vermiş ölümə səbəb bədən daxilindəki ciftin körpənin boğazına dolaşması olub”.
Eldar Kərimov onu da əlavə edib ki, hadisə ananın, həmçinin hamiləlik dövründə prosesə nəzarət etməli olan şəxslərin biganəliyindən qaynaqlanıb.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48