
Bu, dünyanın hər yerindən müşahidə edilən optik atmosfer hadisəsidir - Rəsədxana
Bu gün müxtəlif bölgələrdə günəşin fərqli halına rast gəlinib. Günəşin bu halı insanlarda təəccüb və həyəcan yaradıb.
Bununla bağlı ONA-ya açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Mahir Pirquliyev deyib ki, bu, dünyanın hər yerindən müşahidə edilə bilən optik atmosfer hadisəsidir.
O bildirib ki, az-az hallarda günəşi bir deyil, iki belə dairə əhatə edir: “Bu işıqlı qövsləri və halqaları halo adlandırırlar. Onlar nəinki gündüz vaxtı günəşin yaxınlığında, hətta gecə vaxtı ayın ətrafında da əmələ gəlir.
Çox vaxt kiçik ölçülü halolar müşahidə olunur. Bu, günəşin və ya ayın ətrafında əmələ gələn və bucaq radiusu 22 olan işıq halqalarıdır. Böyük haloların bucaq radiusu 46-ya yaxındır”.
M.Pirquliyev bildirib ki, böyük ölçülü halolardan tez-tez təkrar olunan məşhur “Brohen görünməsini” misal göstərmək olar. Bu halo günəş ətrafında əmələ gələn nəhəng işıq halqalarından ibarətdir.
Oxşar yazılar

Əmi, bibi, xala, dayı uşaqları kəbin kəsdirə biləcəklər? - AÇIQLAMA
1 iyul 2025 , 11:29
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşlar Ağcabədidə dəfn edildi -FOTOLENT -VİDEO
1 iyul 2025 , 10:43Güclü yağış və külək - GÜNÜN HAVASI
1 iyul 2025 , 10:20
İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26