
Azərbaycan Prezidenti italiyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında zəngin tarixə malik əlaqələr bu gün siyasi, iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımızla yeni mərhələyə qədəm qoymuşdur.
İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk səfəri olaraq keçən il ölkəmizə səfərinizi, apardığımız danışıqları və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dost və strateji tərəfdaş olan ölkələrimizin ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı fəaliyyəti bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü
3 iyul 2025 , 19:38
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07