186
23:22
30 May 2019

Vəkil: "Fuad Abbasovun sabah Azərbaycana deportasiya olunacağı haqqında yayılan məlumatların heç bir hüquqi əsası yoxdur"

Jurnalist Fuad Abbasovun sabah Azərbaycana deportasiya olunacağı haqqında yayılan məlumatların heç bir hüquqi əsası yoxdur.

ONA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu F.Abbasovun vəkili Teyyub Şərifov özünün sosial şəbəkədəki hesabında yazıb.

Obu gün qüvvəyə minmiş məhkəmə aktının olmaması səbəbindən Fuad Abbasovun ölkədən çıxarılmasının qeyri-mümkünlüyü haqqında müvafiq məhkəmə sənədlərinin Moskva vilayətinin Korolyov şəhərində yerləşən xarici vətəndaşlar üçün xüsusi saxlanma məntəqəsinə və Penitensiar Xidmətin ölkədən çıxarılma üzrə rayonlararası məhkmə pristavları şöbəsinə təqdim etdiyini bildirib.

Vəkil onu da əlavə edib ki, bu gün Fuad Abbasovun saxlanıldığı məntəqəni ziyarət edərəkən onun sabah, yəni31 may tarixində həqiqətən də ölkədən çıxarılmasına hazırlıqların getdiyi məlum olub: "Əsas kimi də Moskva Vilayətinin Ximki məhkəməsinin qərarnaməsinin qüvvəyə mindiyini və ona artıq Azərbaycana bilet alındığını söyləyiblər. Mənim"bilet kim tərəfindən alınıb" sualıma isə xüsusi saxlanma məntəqəsinin rəhbərliyi tərəfindən cavab verilməyib".

T.Şərifov F.Abbasovun Rusiyadan çıxarılması haqqında məhkəmə qərarından apelyasiya şikayəti üzrə ilk məhkəmə iclasının iyunun 6-da saat 10:00-da keçiriləcəyini söyləyib.