"Demirəm ki, dünya gözəliyəm, amma şarmım var" - <span style="color:red;">Pərvin acıq verdi
30 may 2019 15:18 (UTC +04:00)

"Demirəm ki, dünya gözəliyəm, amma şarmım var" - Pərvin acıq verdi

“Yoxluğuma sevinib özünü ulduz hesab edənlər var. Ey, ağıllı olun! Mən İstanbula köçüb orada yaşaya bilərəm, amma yerimi tuta bilməyəcəksiniz. Qısqanılacaq bir tipajam. Demirəm ki, dünya gözəliyəm, amma şarmım var”. 

Lent.az-ın məlumatına görə, bu sözləri “Show News” proqramına açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. Tanınmış aktrisa ad çəkmədən gənc həmkarlarına səslənərək onların faəliyyətini tənqid edib:

“Məndə şou-biznesdəkilərin çoxunda olmayan şeylər var və həddən artıq çalışqanam, bazamı artırmağa çalışıram. Amma başqalarında onu görmürəm. Nəyəsə görə hamının gözünə mən batıram, insanları pis və ya yaxşı tərəfdən mən cəlb edirəm. Üzərimdən nə qədər insan gündəmə gəlib və bu gün məşhurdular. Yoxluğumu özlərinə avantaj bilirlər. Çox istəyirəm ki, gözəl aktrisalarımız olsun, həm görünüş, həm də iş baxımından… Niyə də yox? Bu, mənim üçün sevindirici hal olar. Amma yoxdur”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar