168
13:13
30 May 2019

Hesablama Palatasına Mərkəzi Bankda birbaşa yoxlama aparmaq səlahiyyəti verilsin - Deputat

“Mərkəzi Bankla bağlı məsələ çox ciddidir. Layihəyə əsasən, Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanının icazəsi ilə Mərkəzi Bankda növbədənkənar audit apara bilər. Hesablama Palatasın belə məhdudiyyət qoyulmamalıdır”.
ONA -nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliyə münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Q.Həsənquliyev deyib ki, Hesablama Palatası hər hansı məhdudiyyət qoyulmadan Mərkəzi Bankda yoxlama apara bilməlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Zyiad Səmədzadə isə qanunun 12-ci maddəsinə texniki dəyişikliyin nəzərdə tutulduğunu, Q.Həsənquliyevin isə qanunun 58-ci maddəsindən danışdığını bildirib: “Hazırkı qanun layihəsində 58-ci maddəyə dəyişiklikdən söhbət getmir”.
Qeyd edək ki, Q.Həsənquliyev çıxışında qanunun müzakirəsi zamanı düyməni bassa da, vaxtında səsverməyə yazıla bilməməsindən şikayətlənib. Spiker Oqtay Əsədov isə millət vəkilinə düyməni yaxşı basmağı məsləhət görüb: “Düyməni düzgün basmamısınız, texnika səhv işləyə bilməz”.