
Xəzərin dibi ilə fiber-optik magistral kabel xətti çəkiləcək - TƏSDİQLƏNİB
Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən təsdiq edilib.
Azərbaycan tərəfindən layihənin icra edən “AzerTelecom” şirkətindən ONA-ya verilən məlumata görə, cari ilin 19 martında imzalanan Azərbaycan ilə Qazaxıstan Hökuməti arasında iki ölkənin rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında dövlətlərarası saziş bu ilin aprel ayında Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilib. Sözügedən saziş Qazaxıstan hökuməti tərəfindən 17 may tarixində təsdiq edilib.
Sənədə əsasən, Transxəzər magistralının çəkilişi Azərbaycan tərəfdən “Bakcell” şirkətinin törəmə müəssisəsi olan "AzerTelecom" şirkəti, Qazaxıstan tərəfdən isə "Transtelecom" və "KazTransCom" şirkətləri tərəfindən icra ediləcək.
İki ölkəni təmsil edən şirkətlər arasında ümumi uzunluğu 400 kilometrə yaxın olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı artıq Konsorsium təsis edilib, birgə İşçi qrupu yaradılıb və tikinti üzrə müştərək müqavilə də imzalanıb.
Transxəzər magistralı layihəsinin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal dəhlizin yaradılması və Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31