<b>Məşhurlarımızla 28 May <span style="color:red;">SORĞUSU  -<span style="color:red;"> Bəhanə edənlər, sualdan qaçanlar...</b>
28 may 2019 11:05 (UTC +04:00)

Məşhurlarımızla 28 May SORĞUSU - Bəhanə edənlər, sualdan qaçanlar...

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. Lent.az bu günlə bağlı Azərbaycan şou-biznesinin tanınmış simaları ilə sorğu edib. Məşhurlarımız bu günün nə günü olduğunu bilirlərmi? Ümumiyyətlə 28 may məşhurlarımıza nə hissi bəxş edir?

 

Xalq artisti Faiq Ağayev: “28 may məndə fəxarət, qürur, sevinc hisləri oyadır. Ulu babalarımıza minnətdaram ki, cəsarət göstərib şərqdə ilk demokratik Respublika Azərbaycan Cümhuriyyətini yaradıblar. Xalqımızı cəhalətdən, köləlikdən azadlığa doğru aparıblar. Bizim müqəddəs borcumuzdur ki, bu nailiyyətləri çoxaldaq, onların əldə etdiklərini müqəddəs bir irs kimi qoruyub, ruhlarını düzgün azərbaycanlı olmaqla sevindirək”.

 

Xalq artisti Bilal Əliyev: “Səhv etmirəmsə, respublika günüdür. Səhv etmirəmsə, bu il 100 illik qeyd olunur. Mən də sizə sual verirəm, 100 illiyi bu il olur? Sual verirsən, məni imtahan edirsən? Mən də bu ölkənin vətəndaşıyam, fəxr edirəm ki, Azərbaycanım var. 1918-ci ildə Şərqdə ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikası yaranıb.

 

Müğənni Səyyad Əlizadə sualımızı eşidəndən sonra “Mən indi klip çəkilişindəyəm, çəkilişdən sonra sizinlə əlaqə saxlayaram”, söylədi.

 

Xalq artisti Canəli Əkbərov da sualı eşidən kimi: “Mən indi dövlət tədbirindəyəm, səs-küylü yerdəyəm. Burdan çıxım, danışarıq”, dedi.

 

Müğənni Nadir Qafarzadə: “Bilirsiniz ki, biz müğənnilər xalqımızın gözəl günlərində əlimizdən gələni edirik. Müğənninin işi konsertlərdə iştirak etmək, mahnı oxumaqdır. Bu il artıq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. Bu sevindirici günlə bağlı bir neçə dövlət tədbirində səhnə alacağam. Xalqımızı təbrik edirəm”.

 

Müğənni Əli Mirəliyev: “Bu gün mənim üçün ən müqəddəs bayramdır. Azərbaycanın müstəqillik bayramıdır. Bizim əsl 2 bayramımız var. Mənim üçün 1-ci Novruz, daha sonra Müstəqillik bayramıdır. Mən fəxr edirəm ki, Azərbaycan müstəqil dövlətdir və mən də onun balasıyam. İnşallah Qarabağımız da ya sülh, ya da müharibə yolu ilə qayıdar. Torpaqlarımız azad olacaq. Bunun geci, tezi var. Amma insanlarımız mehriban olsunlar”.

Müğənni Nadir Bayramlı: “Bu gün Azərbaycan respublikasının qürurlandığı gündür. Şərqdə müsəlman ölkələri arasında ilk müstəqil demokratik bir ölkə qurulub. Mən 28 may gününü hər zaman böyük sevinclə yaşayıram. Allahdan arzu edək ki, bu günü dünya durduqca qeyd edək. Allah millətimizi qorusun. Bu bayramda ramazan ayına düşdüyünə görə, hamımız dua edək. Xalqımızı təbrik edirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2914

Oxşar yazılar