
Elmar Məmmədyarov: "Əlaqələrimiz ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurulub"
"Ümid edirəm ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq əlaqələri bundan sonra da güclənəcək".
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda qeyd edilib.
E. Məmmədyarov bildirib ki, ortaq maraqlar və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykənən bu əlaqələr möhkəm təməl üzərində qurulub: "İki ölkə arasında mövcud olan məhsuldar əməkdaşlıq əlaqələri gürcü və Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə xidmət edir".
XİN başçısı məktubunda gürcü xalqına xoşbəxtlik, sülh və tərəqqi arzu edib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16