1582
04:33
26 May 2019

Prezident Zelenski şou-proqramda rəqs etdi

Vladimir Zelenski Ukrayna Prezidenti postuna gəldikdən sonra ilk dəfə olaraq yumoristik verilişə çıxıb.
ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, “Gülüş liqası” verilişinin çəkilişinə qatılan yeni prezident keçmiş həmkarlarına dəstək olub.
O, əvvəlcə səhnədə rəqs etdikdən sonra zaldakı şou tamaşaçılarının yanında əyləşib.
Zelenskinin “sərbəst”liyi sosial şəbəkə izləyiciləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Şərhlərdə qeyd olunub ki, prezident daha çox ciddi işlərlə - dövlət məsələlərilə məşğul olsa, daha yaxşıdır.