![[b]Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq - Nazir əmr imzaladı[/b]](https://lent.az/storage/news/2019/may/22/big/e3f2c822ab80befa14d398c865bc10c8.jpg)
[b]Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq - Nazir əmr imzaladı[/b]
Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxil işlər orqanlarının şəxsi heyəti mayın 27-dən 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Əmrdə ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılacaq “Fanzone”da, habelə “Sahil” bağı və “Qış Parkı”nda təşkil ediləcək əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Həmçinin, paytaxtda avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlərin görülməsi, yol hərəkət qaydalarının pozulması, nəqliyyat vasitələrinin müəyyən edilməmiş yerlərdə, o cümlədən səkilərdə saxlanılması hallarının qarşısının alınması təmin olunacaq.
Strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndiriləcək.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29