927
23:47
19 May 2019

Hacıqabulda yük avtomobili piyadanı vurub

Hacıqabulda yük avtomobili piyadanı vuraraq ağır yaralayıb.
ONA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAz” markalı yük avtomobili yolu keçən piyadanı vurub. Piyada ağır vəziyyətdə kəllə-beyin travması ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib. Piyadanın şəxsiyyəti aydınlaşdırılır.
Faktla bağlı araşdırma aparılır.