775
14:48
17 May 2019

Aİ Suriya hökumətinə qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Suriya hökumətinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
ONA -nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, sanksiyaların vaxtı 2020-ci il iyunun 1-ə dək artırılıb.
Aİ sanksiyaların tətbiq olunduğu şəxslər və qurumlar siyahısından 5 nəfərin, habelə fəaliyyətini dayandıran və məhdudlaşdırıcı tədbirlər altında fəaliyyətini davam etdirə bilməyən 2 təşkilatın adını çıxardıb.
Hazırda siyahıya 270 nəfər və 70 qurumun adı daxildir.